Lənkəranda məsciddəki silahlı insidentlə bağlı 14 nəfər həbs edilib
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Respublika Baş Prokurorluğu, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində sentyabrın 3-də Elşən Hüseynovu öldürməkdə, Ramil Ağamoğlanova isə xəsarət yetirməkdə şübhəli bilinən Lənkəran sakini, 1984 təvəllüdlü Emin Bəşirov və Masallı şəhər sakini, 1988 təvəllüdlü Həsən Adəmzadə tutulublar. Bununla da, silahlı insidentlər əlaqədar tutulanların sayı 14-ə çatıb.
Hadisə zamanı istifadə olunmuş “TOZ-8” markalı tüfəng H. Adəmzadənin Masallı şəhərindəki evində aşkar edilərək götürülüb.
Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, məlum hadisə sentyabrın 3-də saat 00.15 radələrində Lənkəran rayonunun Qumbaşı kəndi ərazisində qeydə alınıb. Masallı rayonu istiqamətindən bir neçə minik maşınında gələn silahlı şəxslər Qumbaşı kənd məscidinin qarşısına toplaşmış yerli sakinlərə “Vinçester” markalı silahdan atəş açıblar. Atəş nəticəsində kənd sakini, 1969-cu il təvəllüdlü Elşən Əliməmməd oğlu Hüseynov qətlə yetirilib. Digər kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Baloğlan oğlu Ağamalıyev isə döş qəfəsindən aldığı güllə yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı istintaq davam edir.

Oxşar yazılar

Gəncə sakini bıçaqlandı
8 iyul 2025 , 00:33Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
7 iyul 2025 , 22:47
Abşeron Gənclər şəhərciyində partlayış: Yaralananlar var - VİDEO - YENİLƏNİB
7 iyul 2025 , 22:34
Şəmkirdə istixana yandı
7 iyul 2025 , 21:15
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi
7 iyul 2025 , 21:01
Qubada gənc oğlanın meyiti tapıldı
7 iyul 2025 , 19:33
İranla sərhəddə birgə əməliyyat: 42 kilo narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı
7 iyul 2025 , 18:55