Göyçayda ağır yol qəzası: 1 ölü, 4 yaralı
19 oktyabr 2010 11:02 (UTC +04:00)

Göyçayda ağır yol qəzası: 1 ölü, 4 yaralı

0
Lent.az-a rayon polis idarəsindən verilən məlumata görə, hadisə Göyçayın Bığır kəndi ərazisində baş verib. Sadıqov Arzu Fikrət oğlu (1970) “Mercedes” markalı avtomobili idarə edərkən yoldan çıxıb və ağaca çırpıb.


A.Sadıqov hadisə yerindəcə keçinib. Onun sərnişinləri - Niftəliyev Təhmasib Kərim oğlu (1992), Vəliyev İlqar Mahmud oğlu (1961), Qəhrəmanov Fərman Allahverdi oğlu (1974) və Adıgözəlov Vasif Həsən oğlu (1968) ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin daha ağır olduğu bildirilir. Qeyd edək ki, maşındakı şəxslərin hamısı Göyçay rayon sakinləri olub.

Faktla bağlı araşdırma aparılır.


Nizam
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 675

Oxşar yazılar