Bakıya toya gəlmiş Xaçmaz sakinini maşın vurub öldürdü
20 oktyabr 2010 11:42 (UTC +04:00)

Bakıya toya gəlmiş Xaçmaz sakinini maşın vurub öldürdü

Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsindən Lent.az-a verilən məlumata görə, hadisə Salyan dairəsi deyilən ərazidə yeni tikilən körpünün üstündə baş verib. Xaçmaz rayonu, Hacıəbdürrəhimoba kənd sakini Teymur Əhmədov naməlum avtomobil tərəfindən vurulub. T.Əhmədov yerindəcə keçinib.



Mərhumun yaxınlarının Lent.az-a verdiyi məlumata görə, o, Bakıya toyda iştirak etmək üçün gəlibmiş. Onun həmin əraziyə necə gedib çıxması hələlik məlum deyil.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar