Abşeronda 5 yaşlı uşaq hovuza düşərək ölüb
26 oktyabr 2010 14:49 (UTC +04:00)

Abşeronda 5 yaşlı uşaq hovuza düşərək ölüb

Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Saray qəsəbəsində yaşayan 2005-ci il təvəllüdlü Mahmudov İbrahim Rafael oğlu yaşadığı evin həyətindəki hovuza düşüb. 5 yaşlı körpə hadisə yerindəcə dünyasını dəyişib.


Rayon prokurorluğundan onu da bildirdilər ki, hadisə baş verən zaman körpənin valideynləri evdə olub. Onlar qonaqlarla birgə 5 yaşlı İbrahimin xəstə nənəsinin yanında olublar. Nənə ağır vəziyyətdə olduğundan, körpə diqqətdən kənar qalıb. Hadisə də elə bu zaman baş verib.



Hadisə ilə bağlı araşdırma aparılır.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547

Oxşar yazılar