Sərhədi qanunsuz keçən şəxs xəstəxanada öldü
Oktyabrın 27-də saat 20 radələrində Azərbaycan-Gürcüstan sərhədini qanunsuz keçən gürcü əsilli şəxs ölüb. Qazax rayon hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, şəxsiyyəti məlum olmayan 55-60 yaşlı gürcü əsilli kişi sərhədi qanunsuz yolla keçib və Azərbaycan Milli Ordusunun N saylı hərbi hissəsinin ərazisinə gəlib çıxıb. Burada postun ərazisinə daxil olan naməlum şəxs saxlanılıb.
Bir müddət sonra özünü pis hiss edən həmin şəxs Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, sərhədi qanunsuz keçmiş kişinin həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, o, ürək tutmasından dünyasını dəyişib.
Həmin şəxs saxlanılan zaman gürcü milliyyətindən olduğunu deyib və əsgərlərlə gürcü dilində danışıb. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Nizam Rza

Oxşar yazılar

Qumarxanalardan pul yığan polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 15:49
Azərbaycanda bu qadını görənlər polisə desin - AXTARILIR
12 iyul 2025 , 15:32
Yekaterinburqda saxlanılan azərbaycanlıların kafesi fəaliyyətə BAŞLADI
12 iyul 2025 , 14:55
Azərbaycanda keçmiş nazir vəfat etdi
12 iyul 2025 , 14:18
“Sputnik V” peyvəndini ilk sınaqdan keçirən alim faciəvi şəkildə öldü
12 iyul 2025 , 13:39
"Zerkalni" nömrə verən yol polisi rəisi İŞDƏN QOVULDU
12 iyul 2025 , 12:23
İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu
12 iyul 2025 , 11:46