"Müəllimlər qız uşaqlarına deyir ki, tez ərə getməlisən" - DEPUTAT
11 sentyabr 2026 17:34 (UTC +04:00)

"Müəllimlər qız uşaqlarına deyir ki, tez ərə getməlisən" - DEPUTAT

0

"Çox zaman müəllimlər qız uşaqlarına deyir ki nə üçün oxuyursan, tez ərə getməlisən".

Lent.az xəbər verr ki, bunu bu gün Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin iclasında komitə sədri Hicran Hüseynova bildirib.

“Öz təcrübəmdən götürürəm və ayrı-ayrı söhbətlərdən də görürəm, çox zaman müəllimlər psixoloji cəhətdən uşaqlara o dərəcədə düzgün təsir göstərmirlər. Ola bilər ki, hansısa fənn üzrə yaxşı bir müəllimdir. Amma qız uşağına məsləhət verir ki, nə üçün əziyyət çəkirsən, oxuyursan, düşün ki, tez ərə getməlisən. Belə də fikirləşən müəllimlər var. Əfsuslar olsun ki, hələ düşüncəsi tam formalaşmayan gənclərə təsir göstərməyə çalışırlar. Belə insanlar var”, - komitə sədri deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 130

Oxşar yazılar