Astarada ağır yol qəzası: ölən və yaralanan var - FOTO
Astara rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə noyabrın 8-də saat 15.30 radələrində Ələt-Astara magistralının 226-cı kilometrliyində - Astara rayonunun Maşxan kəndi ərazisində qeydə alınıb.
Astara rayonunun Telman kənd sakini, 1971-ci il təvəllüdlü Elxan Qasım oğlu Həsənovun idarə etdiyi “MMZ-4502” (“ZİL-130”) markalı, 42 BA 391 dövlət nömrə nişanlı avtomobil Ələt istiqamətində hərəkədə olarkən Lənkəran şəhər sakini, 1975-ci il təvəllüdlü İlkin Ağaxan oğlu Hüseynovun idarə etdiyi “VAZ-217230” markalı, 07 BD 681 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ-217230” markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun yanındakı sərnişin, Lənkəran şəhər sakini, 1974-cü il təvəllüdlü İlham Ələkbər oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. MRX-dən APA-nın yerli bürosuna müvafiq tibbi yardımdan sonra İ.Quliyevin vəziyyətinin hazırda orta-ağır olduğu bildirilib.
İlkin versiya kimi avtoqəzaya “VAZ-217230” markalı avtomobilin sürət həddini aşdığı göstərilir.
Faktla bağlı Astara RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar yazılar

Tanınmış oftalmoloq barəsində cinayət işi açıldı
14 iyul 2025 , 11:45Sabirabadda 76 yaşlı kişinin meyiti tapıldı
14 iyul 2025 , 11:39Sabirabadda DƏHŞƏT: oğlu 85 yaşlı anasını döyüb öldürdü
14 iyul 2025 , 11:33
“MİDA” yaşayış kompleksində ÖLÜM
14 iyul 2025 , 11:08
Bakıda 82 yaşlı kişi yıxılıb öldü
14 iyul 2025 , 10:30
Bakıda iki maşın toqquşdu: 1 ölü, 5 yaralı
14 iyul 2025 , 09:33
Bank və xəbər saytına müdaxilə edən haker ələ keçdi - DTX-dan ƏMƏLİYYAT
14 iyul 2025 , 09:05