Zaqatalada dəhşətli qəza: 3 ölü, 5 yaralı
Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 5 nəfər isə ağır xəsarət alıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq şöbəsindən məlumat verilib.
Qəza bu gün səhər saat 10.15 radələrində Yexlax-Zaqatala-Gürcüstan magistral yolunun 105-ci km-də, Zaqatala rayonu ərazisində qeydə alınıb. “VAZ 21099” markalı, 10 LR 090 dövlət nişan nömrəli avtomobillə “QAZ 31029 markalı, 10 UT 271 dövlət nişan nömrəli avtomobil toqquşub.
Nəticədə “VAZ 21099” markalı avtomobildə olan sərnişinlər - Zaqatala rayon Əliabad kənd sakini, 1980-ci il təvəllüdlü Haqverdiyev İsgəndər Haqverdi oğlu, Qax rayon Qaxingiloy kənd sakini, 1964-cü il təvəllüdlü Dmitri Epataşvili və Dmitri Epataşvilinin oğlu, 2003-cü il təvəllüdlü Qalaşvili Şota Dmitriyeviç hadisə yerində ölüblər.
“QAZ 31029” markalı avtomobilin sürücüsü, Qax rayonu Qaxingiloy kənd sakini, 1968-ci il təvəllüdlü Babacanaşvili Xivisa Artiloviç, sərnişinlər - Qaxingiloy kənd sakini, 1966-cı il təvəllüdlü Kolaçaşvili Nastan Andreyeviç, Gürcüstan Respublikasında anadan olan və hazırda Qaxingiloy kəndində yaşayan, 1975-ci il təvəllüdlü Kixaşvili Telava Krişna qızı və adı və soyadı hələlik istintaqa məlum olmayan Qax şəhərinin iki sakini müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Onlar Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Baş vermiş ağır yol qəzası ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istintaq şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.

Oxşar yazılar

Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Cəlilabadda dağlıq ərazi yanır, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 18:48
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib
15 iyul 2025 , 17:44
Sabirabadda 76 yaşlı kişi zəhərlənib öldü
15 iyul 2025 , 17:17