Xaçmazda dəhşətli qəza: 3 ölü, 1 yaralı
26 noyabr 2010 16:00 (UTC +04:00)

Xaçmazda dəhşətli qəza: 3 ölü, 1 yaralı

Qusar rayon sakini Mayıl Haqverdiyevin idarə etdiyi “Kamaz” markalı avtomaşınla Xaçmaz rayon Xanlıqoba kənd sakini Cavid Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı maşın toqquşub. Nəticədə “VAZ-2106”-nın sürücüsü Cavid Məmmədov, onun anası Gülbadam Məmmədova və avtomaşında olan Anarın 16 yaşlı qardaşı oğlu Riçay Rüstəmov dünyasını dəyişib.

“VAZ-2106”-də olan digər sərnişin 1963-cü təvəllüdlü Balaxanım Rüstəmova isə ağır bədən xəsarətləri alıb. Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinin müstəntiqi Hikmət Kərimovun Lent.az-a verdiyi məlumata görə, faktla bağlı araşdırma aparılır. Hadisənin səbəbləri aydınlaşdırılır.

“Kamaz”ın sürücüsünün Lent.az-a verdiyi məlumata görə, “VAZ-2106” yüksək sürətlə onun hərəkət istiqamətinə çıxıb.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 607

Oxşar yazılar