Dünyanın ən yaşlı kişisi   tapıldı: siqaret  çəkir, kofe içir
25 mart 2026 12:52 (UTC +04:00)

Dünyanın ən yaşlı kişisi tapıldı: siqaret çəkir, kofe içir

0

Dünyanın ən yaşlı insanı hesab olunan şəxs Braziliyada qocalar evlərindən birində tapılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Luis Karlos dos Santos adlı bu şəxs 118 yaşındadır və onun bu yaş üçün qeyri-adi görünən bəzi vərdişləri var. O, öz-özünə bükdüyü siqaretləri çəkir və axşam saatlarında qəhvə içir.

Doğum şəhadətnaməsi də daxil olmaqla bir neçə sənəd yoxlandıqdan sonra Braziliyanın “RankBrasil” təşkilatı (ölkədə Ginnesin Rekordlar Kitabına bənzər qurum) təsdiqləyib ki, Luis 15 fevral 1908-ci ildə anadan olub. Bununla da o, əvvəlki rekordçu – Böyük Britaniyadan olan 116 yaşlı Etel Katerhemi geridə qoyub.

Luis qocalar evində yaşayır və artıq 50 ildən çoxdur ki, oradadır – bu da ayrıca bir rekorddur. O, 10 sentyabr 1971-ci ildə bir keşişin köməyi ilə bu müəssisəyə gətirilib. Müəssisənin əməkdaşlarının sözlərinə görə, Luis sakit və tək həyat tərzi sürür, lakin bu onu narahat etmir. O, hələ də aktiv şəkildə yeriyir, dərmanlara ehtiyac duymur, yeməyini özü yeyir və siqaret çəkir. Bundan əlavə, o, gündə üç dəfə qəhvə içir və sonuncu fincanını axşam saat 19:30-da qəbul edir.

Yaşına baxmayaraq Luis kifayət qədər gümrahdır. O, hətta COVID-19 pandemiyası zamanı belə xəstələnməyib. Ən diqqətçəkən xüsusiyyətlərindən biri isə heç vaxt başqalarının köməyini qəbul etməyi sevməməsi, əksinə, özü başqalarına kömək etməyə üstünlük verməsidir.

Luis hələ də yaşlılar evindəki digər sakinlərə sevinc bəxş edir: küçədən daşlar toplayır və gecələri oturaq halda keçirir ki, bu da illərdir onun vərdişinə çevrilib. Onun bu qədər uzun ömür sürməsinin sirri tam məlum deyil, lakin həyat hekayəsi, şübhəsiz ki, ilhamverici və təsiredicidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 335

Oxşar yazılar