“Gündəlik Bakı” qəzetinin baş redaktoru ölümlə hədələnir
27 noyabr 2010 13:22 (UTC +04:00)

“Gündəlik Bakı” qəzetinin baş redaktoru ölümlə hədələnir

Noyabrın 26-da saat 12.56 radələrində Yasamal rayonu ərazisindəki H.Cavid prospekti 558-ci məhəllədə yerləşən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, baş redaktor noyabrın 25-də saat 21.20 radələrində redaksiyanın telefonlarına zəng etmiş naməlum şəxslər tərəfindən “redaksiyanı partladacağıq, sizi yox edəcəyik” deyərək hədələnmələri, noyabrın 26-da isə özünü təqdim etməmiş qadının zəng edərək həmin şəxsin Ağa adlı şəxsin qohumu olduğunu bildirməsi barədə məlumat verib.


Habil Vəliyev noyabrın 26-da Yasamal Rayon Polis İdarəsinin 27-ci PB-nə ərizə ilə müraciət edərək naməlum şəxsin redaksiyaya zəng edərək redaksiyanı partladacağı və onları öldürəcəyi ilə hədələdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2672

Oxşar yazılar