Zaqatalada qardaş qardaşı bıçaqlayıb
04 dekabr 2010 11:05 (UTC +04:00)

Zaqatalada qardaş qardaşı bıçaqlayıb

Zaqatalada rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən xəbərə görə, dünən axşam saatlarında rayon sakini, 1976-cı il təvəllüdlü Heydərov Rəfael Zakir oğlu 1968-ci il təvəllüdlü qardaşı Mübarizi bıçaqlayıb.

O, qardaşına 8 bıçaq zərbəsi vurub. Mübariz Heydərov Zaqatala Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. R. Heydərov isə könüllü şəkildə rayon Polis Şöbəsinə gedib, qardaşını bıçaqladığını deyib.

Məlumata görə, M. Heydərov evə içkili vəziyyətdə gələrək, 75 yaşlı atasını döyməyə başlayıb. Bunu görən R. Heydərov mətbəx bıçağı ilə ona zərbələr vurub.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar