“Siz bu sözləri oxuyanda mən artıq ölmüş olacağam...”
Türkiyədə mədə xərçəngindən vəfat edən Ceyla Gölcüklünün “dailyrentalwebsite.com” adlı pullu internet saytında vida mesajı yazdığı ortaya çıxıb.
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Azərbaycan əsilli iranlı iş adamı, beynəlxalq neft şirkəti ETI-nin prezidenti Şeri Şahnavazla 11 il evli olan, 2005-ci ildə iş adamından boşanmasına görə aldığı 84 milyon dollar təzminatla məşhurlaşan Ceyla Gölcüklünun vida mesajı çox təsirlidir.
O yazıb ki, uzun bir ömür yaşayacaq qədər şanslı olmayıb: “Siz bu sözləri oxuyanda mən artıq ölmüş olacağam. Bəşəriyyətə xərçəngə qalib gəlməyi arzulayıram. Əlvida”.
Qeyd edək ki, “dailyrentalwebsite.com” pullu saytdır və bir günlük kirayəsi 365 dolardır. Bu saytda adətən, sevgililər bir-birlərinə mesaj yazır.
Xatırladaq ki, 38 yaşlı gözəl xanım mədəsində ağrılar hiss edib, ABŞ-a xəstəxanaya müayinə üçün gedən zaman ona mədə xərçəngi olduğu bildirilib. Türkiyəyə dönmək məcburiyyətində qalan və 14 gün xəstəxanada müalicə alan Ceyla Gölcüklü dekabrın 5-də beyin ölümü keçirib.
Şeri Şahnavazla ailə qurduqdan sonra bu xanımın həyatı daim Türkiyə ictimaiyyətinin diqqət mərkəzində olub. Universiteti bitirdikdən sonra “Interbank”da işə başlayan Ceyla Gölcüklü 1993-cü ildə Şahnavaz ilə bankda tanış olub və 3 ay sonra cütlük Londonda “Grovenor House”də evlənib, Lara adlı qızları dünyaya gəlib. 11 il sürən evlilikdən sonra cütlük 2005-ci ildə boşanıb. Məhkəmə ərinin sərvətinin yarısını Ceyla Gölcüklüyə verib. Beləliklə, onun Bodrumdaki mülkü, Muğlada bir zeytun yağı fabriki, Gökova və Marmarisdə yüzlərlə hektar torpağı olub.
Ceyla Gölcüklü evliliyindən dünyaya gələn 15 yaşlı qızı Laranı çox sevib, qızına görə bir daha heç kim ilə evlənməyəcəyini bildirib. Onun növbəti sevgilisi iş adamı Zəki Tanyeri olub və cütlüyün 5 ildir ki, münasibətləri olsa da, evlənməyib.

Oxşar yazılar

Gənc futbolçu Şüvəlan çimərliyində batdı - YENİLƏNİB
18 iyul 2025 , 00:00
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05