11 yaşlı qız ana oldu
12 iyun 2009 19:15 (UTC +04:00)

11 yaşlı qız ana oldu

Onun ailəsi qızın sevdiyi oğlanla evlənməsinə razılıq verib
Türkiyənin Samsun vilayətində inanılmaz hadisə baş verib, 11 yaşlı qız ana olub.
Lent.az-ın məlumatına görə, rəsmi sənədlərdə 1998-ci il təvəllüdlü olduğu göstərilən A.Ç. 18 yaşlı Ali P. ilə bir-birlərini seviblər. Ali P. qızı qaçırıb və bundan az sonra A. Ç. hamilə qalıb. Nəticədə ailələri onların evlənmələrinə razı olub.
3 ay əvvəl müayinə üçün həkimə gedən A.Ç.-nin yaşının kiçik olduğu ortaya çıxıb və nəticədə Ali P. həbs olunub. Bu yaxınlarda onun məhkəməsi keçirilib. Məhkəməyə qucağındakı 1 həftəlik körpəsi ilə gələn 11 yaşlı qız uşağının atasını sevdiyini, ailələrinin razılığı ilə evləndiklərini deyib.

Prosesdə iştirak edən psixoloq qızın fiziki olaraq yaşına görə daha çox inkişaf etdiyini bildirib. Qızın atası isə A.Ç.-nin əslində 15 yaşında olduğunu, bunun sənədlərdə səhv göstərildiyini söyləyib. Ali P. barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilib.
# 643

Oxşar yazılar