“Donuz qripi”nə yoluxan hamilə qadın ana öldü, körpəsi yaşayır
İngiltərədə 39 yaşında hamilə qadının donuz qripinə yoluxduğu və ölümündən əvvəl ana olduğu açıqlanıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən yazdığına görə, 39 yaşlı qadının 13 iyulda Londonda körpəsi dünyaya gəlib və az sonra ana ölüb. Körpə səhhəti normal olmadığı üçün reanimasiya şöbəsində yerləşdirilib.
Bu arada Londonda 6 aylıq başqa bir körpənin də donuz qripindən öldüyü məlum olub.
Qeyd edək ki, tək keçən həftə ərzində İngiltərədə donuz qripinə tutulanların sayı 55 min nəfər olub. Ağciyər, böyrək və qəlb xəstəliklərindən əziyyət çəkənlər, hamilə xanımlar və 5 yaşına qədər uşaqlar bu xəstəliyə yoluxarsa, ölüm riski yüksəkdir.

768