Xırdalanda şirkətdən 25 minlik OĞURLUQ:  keçmiş işçi tutuldu
21 aprel 2026 15:20 (UTC +04:00)

Xırdalanda şirkətdən 25 minlik OĞURLUQ: keçmiş işçi tutuldu

0

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən tikinti şirkətlərinin birindən 25 min manatlıq inşaat materialları oğurlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 39 yaşlı R.Mehdiyev saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin əvvəllər həmin şirkətdə işlədiyi, daha sonra işdən ayrıldığı və gecə saatlarında tikinti materiallarını taladığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. R.Mehdiyev barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar