Xaçmazda kişi bədbəxt hadisənin qurbanı olub.
Lent.az xəbər verir ki, hadisə Çinartala kəndində qeydə alınıb.
Kənd sakini 40 yaşlı Zahid Hacılar oğlu Nağıyev yaşadığı evin hamam otağını sökərkən üzərinə beton düşüb. Xəstəxanaya yerləşdirilən yaralı orada ölüb.
Araşdırma aparılır.