Gəncədə 34 yaşlı qadın intihar edib
20 iyul 2009 16:30 (UTC +04:00)

Gəncədə 34 yaşlı qadın intihar edib

Neft içərək həyatına qəsd edən qadını xilas etmək mümkün olmayıb

İyulun 19-da Gəncədə intihar hadisəsi baş verib. Şəhər sakini, 1975-ci il təvəllüdlü Əliyeva Sevinc Abbas qızı özünə qəsd edib.


Gəncə şəhər Polis İdarəsindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, 34 yaşlı qadın neft içib. Onu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830

Oxşar yazılar