Avtobusla minik maşını toqquşdu: 2 ölü
04 fevral 2011 12:53 (UTC +04:00)

Avtobusla minik maşını toqquşdu: 2 ölü

0
Bu gün səhər saatlarında Neftçala rayonunda ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Salyan-Neftçala avtomobil yolunun 36-cı kilometrliyində “PAZ” markalı avtobus və “Mercedes” markalı avtomobil toqquşub.


Qəza nəticəsində 1971-ci il təvəllüdlü Şahmar Tapdıq oğlu Piriyev və 1982-ci il təvəllüdlü Dinar Adil oğlu Eyvazov hadisə yerindəcə ölüb. Daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Araşdırma başlanılıb.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 456

Oxşar yazılar