Bəy nikah mərasimindən  bir neçə dəqiqə əvvəl həbs edildi: SƏBƏBİ
23 mart 2026 11:49 (UTC +04:00)

Bəy nikah mərasimindən bir neçə dəqiqə əvvəl həbs edildi: SƏBƏBİ

0

Bəy nikah mərasimindən bir neçə dəqiqə əvvəl həbs edilib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın İndiana ştatında 66 yaşlı Bredli Armstronq sevgilisi ilə evlənmək üçün La-Port nikah qeyddiyatı mərkəzinin binasına gəlib. Lakin qəfil polis əməkdaşları binaya daxil olaraq onun davam etdirilə bilməyəcəyini bildiriblər.

Məlum olub ki, Armstronqun evlənmək hüququ yoxdur, çünki o, cinayətkarların reyestrində qeydiyyatdadır.

Qanuna görə, o, bu barədə əvvəlcədən məlumat verməli idi, lakin bunun əvəzinə saxta icazə sənədi təqdim edib.

Armstronq 2002-ci ilin may ayında azyaşlılara qarşı cinayətdə ittiham olunub. O zaman məhkəmə 7 il şərti cəza və əlavə olaraq 7 il sınaq müddəti təyin edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar