Kolumbiyanın "Millonarios" gənclər komandasının oyunçusu Santyaqo Kastrillon xəstəxanada vəfat edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə klubun veb saytı məlumat yayıb.
18 yaşlı oyunçu martın 21-də gənclər çempionatı oyunuda huşunu itirib və təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Kastrillon reanimasiya şöbəsində müalicə alıb.

Kardioloqlar oyunçunu xilas etməyə çalışsalar da, o, martın 22-də vəfat edib.
Kastrillon "Millonarios"un əsas komandasında debüt etməyib. Lakin o, bir neçə oyun günü heyətə daxil edilib.