Naxçıvanda ər və arvadın meyiti  yaşadıqları evdən tapıldı
23 mart 2026 01:46 (UTC +04:00)

Naxçıvanda ər və arvadın meyiti yaşadıqları evdən tapıldı

0

Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Babək rayonunun Yarımca kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yunis oğlu və onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü Hüseynova Gülnarə Xalıqverdi qızının meyiti yaşadıqları evdən tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı Babək rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar