Günün tarixi
03 may 2011 00:20 (UTC +04:00)

Günün tarixi

0
1494. Xristofor Kolumb Yamayka adasını kəşf edib

1469. İtalyan mütəfəkkir Nikollo Makiavelli anadan olub

1481. Fateh Sultan Mehmet anadan olub

1791. Avropada ilk dəfə olaraq Polşada konstitusiya qəbul edilib

1902. ABŞ-da “Pepsi Cola” şirkəti təsis edilib

1907. “Fənərbağça” idman klubu təsis edilib

1907. Rus imperiyasında hərbi səhra məhkəmələri təsis edilib

1920. 11-ci Qızıl Ordu hissələri Lənkərana daxil olub. Lənkəranda sovet hakimiyyəti qurulub

1922. 28 apreldə başlayan II Ümumazərbaycan sovetlər qurultayı başa çatıb. Qurultayda ərzaq vergisi haqqında dekret qəbul edilib

1938. Aktyor Kamal Xudaverdiyev anadan olub

1944. Türkiyədə bu tarix “Türkçülük günü” elan edilib

1950 Türkiyədə “Milliyyet” qəzetinin ilk nüsxəsi işıq üzü görüb

1950. Çində qadınlar kişilərlə bərabər hüquq əldə edib

1953. Berlində “Alman dalğası” (“Deutsche Welle”) radiosu efirə çıxıb

1979. Marqaret Tetçer İngiltərənin ilk qadın baş naziri kimi tarixə düşüb

1985. İngiltərə və Fransa arasında La-Manş boğazında sualtı tunel tikilişi barədə razılıq əldə edilib

1992. Türkiyənin baş naziri Süleyman Dəmirəl AXC sədri Əbülfəz Elçibəylə görüşüb

1992. Bakının Azadlıq meydanında türk xalqlarının həmrəylik günü münasibəti ilə izdihamlı mitinq keçirilib.

Günün aforizmi

“Gələcəyi görmək üçün keçmişə baxmaq lazımdır. Dünyadakı bütün hadisələr bir-biri ilə əlaqədardır”.

Makiavelli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 637

Oxşar yazılar