Bacısının gözü qarşısında qohumunu zorladı - EKSKLÜZİV
03 may 2011 12:03 (UTC +04:00)

Bacısının gözü qarşısında qohumunu zorladı - EKSKLÜZİV

0
Bərdə rayonunda insanlığa sığmayan zorlama hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Ağdam rayon sakini, Bərdə rayon Meşəçilik institutunun ərazisində məskunlaşmış 1990-cı il təvəllüdlü Q.T. aprelin 30-da şikayət ərizəsi ilə Bərdə rayon Polis Şöbəsinə müraciət edib.

O, müraciətində yeznəsinin qardaşı (bacısının ərinin qardaşı) Rasim Cəfərovun aprelin 29-da saat 23:30 radələrində Bərdə rayon Nazırlı kəndi ərazisində, yeznəsi Rəsulun yaşadığı evdə onunla zorla cinsi əlaqədə olduğunu bildirib.

Araşdırma aparılarkən müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Cəfərov Rasim Xansuvar oğlu 2011-ci il aprelin 29-da saat 23:30 radələrində Bərdə rayon Nazırlı kəndi ərazisində yerləşən fermada, qardaşı Rəsulun evində, bacısı Cəfərova Əfsanənin yanında qardaşının baldızı Q.T.-nı bıçaqla hədələyərək, onunla zorla cinsi əlaqədə olub.

R.Cəfərov mayın 2-də həbs olunub.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, R.Cəfərov ailəlidir, iki övladı var. O, hadisəni törədərkən sərxoş vəziyyətdə olub.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1065

Oxşar yazılar