Bakı-Qazax yolunda dəhşətli qəza: 3 ölü, xeyli yaralı var
26 iyun 2011 14:22 (UTC +04:00)

Bakı-Qazax yolunda dəhşətli qəza: 3 ölü, xeyli yaralı var

0
İyunun 26-na keçən gecə yarısı Kürdəmir rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Bakı-Qazax yolunun Kürdəmir şəhərindən keçən hissəsində, “Dördyol” adlanan ərazidə “Ford tranzit” markalı mikroavtobus və “Daewoo Nexia” markalı minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilində olan iki nəfər - sürücü və sərnişinlərdən biri hadisə yerində ölüb. Digər sərnişin isə ağır yaralanıb. Mikroavtobusda isə çoxsaylı sərnişin yaralanıb. Xəstəxanaya aparılan şəxslərdən biri orada dünyasını dəyişib.

Qəzadan sonra hadisə yerinə ilk çağırışla gələn təcili tibbi yardım heyəti ilə ərazidəki şəxslər arasında insident yaranıb. Vəziyyəti ağır olan xəstələrə qeyr-müəyyən səbəbdən iynə vurmaq istəməyən həkim mikroavtobusdakı şəxslər tərəfindən döyülüb.

Qeyd edək ki, qəza nəticəsində ölən və yaralanan şəxslərin cəsədi ciddi deformasiyaya uğramış maşında sıxılmış vəziyyətdə qaldığından, hadisə şahidləri insanı şoka salan məqamlarla qarşılaşıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb. Araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 586

Oxşar yazılar