Bakıda gənclər arasındakı kütləvi davada 4 nəfər bıçaqlanıb
27 iyun 2011 15:06 (UTC +04:00)

Bakıda gənclər arasındakı kütləvi davada 4 nəfər bıçaqlanıb

0
Məlumata görə, Bakı şəhər sakini Samir Həsənov münaqişə zəminində həmyerliləri Kamil Mahmudova və Nazim Əliyevə bıçaq xəsarəti yetirib. Bu zaman K. Mahmudov daşla S. Həsənova baş nahiyəsindən, N. Əliyev isə bıçaqla hadisə yerinə gəlmiş S. Həsənovun qardaşı Elvinə çənə nahiyəsindən xəsarət yetirib. K. Mahmudov, N. Əliyev və S. Həsənov xəstəxanaya yerləşdiriliblər. E. Həsənova tibbi yardım göstərildikdən sonra evə buraxılıb, K. Mahmudovun və N. Əliyevin vəziyyətləri qənaətbəxş, S. Həsənovun vəziyyəti isə ağır qiymətləndirilir.


Hadisənin motivi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 535

Oxşar yazılar