Bakıda polisin maşını avtobusa çırpıldı: 1 ölü
28 iyun 2011 12:05 (UTC +04:00)

Bakıda polisin maşını avtobusa çırpıldı: 1 ölü

0
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 3 saylı şəhər xəstəxanasından Lent.az-a verilən məlumata görə, Binə-Hövsan yolunda 160 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı avtobusla Elşən Vahidovun idarə etdiyi “Mercedes Benz” markalı minik avtomobili toqquşub.

Nəticədə E.Vahidovun sərnişini, əmisi oğlu, 1994-cü il təvəllüdlü Şükran Vahidov xəsarət alaraq, xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. 17 yaşlı gənc xəstəxanada keçinib. Sürücü isə yüngül xəsarət alıb.


Qeyd edək ki, “Mercedes Benz”-in sürücüsü E.Vahidov Xəzər rayon Baş Mühafizə İdarəsinin əməkdaşıdır.

Xəzər rayon Baş Mühafizə İdarəsindən xəbəri təsdiqləyiblər.

Faktla əlaqədar araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 621

Oxşar yazılar