Bakıda peyda olan seksual manyak tutulub
29 iyun 2011 11:28 (UTC +04:00)

Bakıda peyda olan seksual manyak tutulub

0
İyunun 28-də Lent.az Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində manyakın peyda olması ilə bağlı məlumat verib. Qəsəbə sakinlərinin Lent.az-a verilən məlumata görə, həmin şəxs dünən axşam saatlarında tutulub.


Məlumata görə, naməlum şəxs iyunun 28-də saat 17.00 radələrində Sulutəpə qəsəbəsi ərazisində yerləşən uşaq bağçasının qarşısında uşaqlarını gözləyən qadına hücum edib. O, adının açıqlanmasını istəməyən qadını fiziki güc tətbiq edərək, onu divar tərəfə sıxışdırıb və zorlamağa çalışıb. Ancaq niyyətinin baş tutmayacağını görən seksual manyak qadının boyun və çiyin nahiyəsindən dişləyərək qaçıb. Yaxınlıqdakı şəxslər onu qovaraq tutmaq istəsə də, buna nail ola bilməyiblər. Həmin şəxs Hökməli qəsəbəsi istiqamətindəki dağa doğru qaçıb. Lakin çox uzağa gedə bilməyən seksual manyak yaxalanıb. Manyakın tutulmasından xəbər tutan qəsəbə sakinləri linç etmək istəyiblər.


Binəqədi RPİ 40-cı Polis Bölməsindən belə bir hadisənin baş verdiyini təsdiqləsələr də, tutulan şəxsin adını açıqlamayıblar.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 924

Oxşar yazılar