Bakıda ağır qəza: 1 ölü, 2 yaralı
30 iyun 2011 10:06 (UTC +04:00)

Bakıda ağır qəza: 1 ölü, 2 yaralı

0
İyunun 29-da Bakıda ağır yol qəzası baş verib.


Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nobel prospekti 45 saylı binanın qarşısında 1984-üil təvəllüdlü Niftullayev Miraş Saleh oğlunun idarə etdiyi “Mercedes” yoldan çıxaraq əks hərəkət zolağına keçib. Nəticədə onun avtomobili qarşıdan gələn 1974-cü il təvəllüdlü Ramazanov İmaməli Əliabbas oğlunun sürdüyü “VAZ 2103” ilə toqquşub.


Qəza nəticəsində İ.Ramazanov hadisə yerində ölüb. Onun sərnişinləri, iki qardaş - 11 yaşlı Zeynalov Elmar Azər oğlu və 7 yaşlı Zeynalov Emin Azər oğlu kəllə-beyin travması alıb. Hər iki yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 571

Oxşar yazılar