Atəşkəs pozulub
30 iyun 2011 10:12 (UTC +04:00)

Atəşkəs pozulub

0
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edirlər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, düşmən qüvvələri iyunun 29-da saat 18.20-dən 18.25-dək və iyunun 30-da saat 04.20-dən 04.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.


Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 795

Oxşar yazılar