Xaçmazda maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
30 iyun 2011 10:17 (UTC +04:00)

Xaçmazda maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı

0
Qəza Xaçmaz-Gödəkli yolunun 3 km-də qeydə alınıb. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Xaçmaz rayonu Köhnə Xaçmaz kənd sakini, 1982-ci il təvəllüdlü Abuzər Arif oğlu Həzimovun idarə etdiyi “VAZ 2109” markalı, 10 MM 614 dövlət nömrə nişanlı avtomaşın ağaca çırpılıb. Qəza nəticəsində sərnişin, 1981-ci il təvəllüdlü İbrahimxəlilov Cahangir Ələkbər oğlu dünyasını dəyişib. Xəsarət alan şəxs Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Lent.az-a verilən məlumata görə, xəsarət alan şəxsin vəziyyəti ağırdır.

İlkin ehtimallara görə, qəzaya yüksək sürət səbəb olub. Sürücü sərt döngədə idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 496

Oxşar yazılar