Xuliqanlıqla təqsirləndirilən dindara 3 il 6 aylıq həbs
30 iyun 2011 13:10 (UTC +04:00)

Xuliqanlıqla təqsirləndirilən dindara 3 il 6 aylıq həbs

0
Bu barədə Lent.az-a vəkil Elçin Namazov məlumat verib. Vəkil bildirib ki, məhkəmənin qərarı ilə Fəxri İlyasov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, iyunun 16-da keçirilən prosesdə dövlət ittihamçısı F.İlyasova 4 il 6 ay iş istəmişdi.

E.Namazov qərardan apelyasiya şikayəti verəcəklərini deyib.

Xatırladaq ki, F. İlyasov yanvar ayında başqa bir gəncəli dindar Azər Cəbiyevlə Gürcüstan sərhədində həbs edilib. Onlar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) ittiham olunublar.

Azər Cəbiyevin mayın 12-də 4 il müddətinə azadlıqdan məhrum edilib.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 495

Oxşar yazılar