Şamaxı sakini həyat yoldaşını qanına qəltan etdi
06 iyul 2011 10:27 (UTC +04:00)

Şamaxı sakini həyat yoldaşını qanına qəltan etdi

0
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, 1963-cü il təvəllüdlü Ağayev Mirsahib Mirabbas oğlu həyat yoldaşı, 1971-ci ildə anadan olmuş Ağayeva Sevda Eldar qızını öldürməyə cəhd edib. O, həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə Şamaxı şəhərində ailənin yaşadığı mənzildə baş verib. M.Ağayevin arvadını ailə münaqişəsi zəminində bıçaqladığı bildirilir.

Faktla Bağlı araşdırma aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 585

Oxşar yazılar