TƏCİLİ! Azərbaycan təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb
Azərbaycana məxsus nəqliyyat təyyarəsi Əfqanıstanın paytaxtı Kabildən şimalda yerləşən Pərvan əyalətində qəzaya uğrayıb. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstanın “Ariana” dövlət aviaşirkətinin nümayəndəsi bildirib.
Nümayəndənin sözlərinə görə, qəza iyulun 5-də Bakı vaxtı ilə saat 23:00-da Kurband qəzasının Siyah Gərd yaşayış məntəqəsi yaxınlığında baş verib.
Hələlik təyyarənin ekipajının taleyi barədə heç bir məlumat yoxdur.
“Associated Press” agentliyi isə bildirir ki, hadisə yerində güclü yanğın müşahidə olunub.
Əfqanıstandakı koalisiya qüvvələrinin nümayəndəsi mayor Tim Ceyms isə bildirib ki, təyyarə 3,8 min metr yüksəklikdə dağa çırpılıb. Ceymsin sözlərinə görə, qəzaya uğrayan təyyarə koalisiya qüvvələrinin əməliyyatına cəlb edilməyibmiş. Qəza baş verən ərazidə aktiv hərbi əməliyyatlar da olmayıb.

Oxşar yazılar

Şəmkirdə çay evi yandı
3 avqust 2025 , 08:30
Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü
2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü
2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü
2 avqust 2025 , 19:33
Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR
2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu
2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü
2 avqust 2025 , 17:14