Avtomobil oğruları yaxalanıb
0
0
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Kürdəmir rayon sakini Anar Həşimov və Gəncə şəhər sakini Roman Əhmədov qaçırdıqları avtomaşınla birgə DİN Çevik Polis Alayı və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.
Onlar iyulun 5-dən 6-na keçən gecə Nəsimi rayonu 4-cü mikrorayon ərazisindən Bakı şəhər sakini Vəkil Azadəliyevə məxsus "VAZ-2107" markalı avtomaşını oğurlayıblarmış.
İyulun 6-da Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları isə rayon sakini Ə.Əliyevə məxsus “VAZ-2101” markalı maşını oğurlayan Sadiq Əhmədov yaxalanıb. Onun qaçırdığı maşın rayonun Şahhüseynli kəndinin ərazisində tapılıb.
Hər iki faktla bağlı cinayət işi qaldırılıb.