Nemət Pənahlı ilə bağlı hökmdən apelyasiya şikayəti verilib
07 iyul 2011 14:16 (UTC +04:00)

Nemət Pənahlı ilə bağlı hökmdən apelyasiya şikayəti verilib

0
Nəsimi Rayon Məhkəməsinin Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı haqqında çıxardığı qərardan Bakı Apelyasiya Məhkəməsinə şikayət verilib.

Lent.az-ın məlumatına görə, şikayət iyulun 6-da apelyasiya məhkəməsinə təqdim edilib. Şikayətdə N. Pənahlının heç bir cinayət törətmədiyi, ittihamın məhkəmədə sübuta yetirilmədiyi bildirilib və ona bəraət verilməsi istənilib.

Onu da qeyd edək ki, N.Pənahlı ilə birgə həbs edilən dostu Ceyhun Fərzullayevlə bağlı qərardan da apellyasiya şikayəti verilib.

Xatırladaq ki, Nemət Pənahlı və dostu C.Fərzəliyev silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirli bilinərək, uyğun olaraq 6 və 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 662

Oxşar yazılar