Müsavat funksionerlərinin həbs müddəti uzadılır
14 iyul 2011 15:22 (UTC +04:00)

Müsavat funksionerlərinin həbs müddəti uzadılır

0
İctimai Palatanın aprelin 2-də keçirdiyi aksiyayla bağlı qaldırılmış cinayət işi çərçivəsində həbs edilən Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı, Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP üzvü Məhəmməd Məcidli haqqında çıxarılmış həbs-qətimkan tədbirinin müddəti uzadılır.


Bu barədə Lent.az-a məlumat verən vəkil Əsabəli Mustafayev bildirib ki, Bakı Şəhər Prokurorluğu bununla bağlı vəsatət qaldırıb. Vəsatətdə istintaqın hələ yekunlaşmadığı və bu səbəbdən də adıçəkilən şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbirinin vaxtının uzadılması istənilir. Qaldırılan vəsatətə Səbail Rayon Məhkəməsi baxacaq.


Qeyd edək ki, adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar. Həmin şəxslər barəsindəki həbs müddəti indiyədək 2 dəfə uzadılıb.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 540

Oxşar yazılar