Bərdədə 79 yaşlı piyada yol qəzasında ölüb
26 iyul 2011 10:12 (UTC +04:00)

Bərdədə 79 yaşlı piyada yol qəzasında ölüb

0
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, iyulun 25-də 1984-cü il təvəllüdlü Verdiyev Elnur İsa oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə piyada, 1932-ci ildə anadan olmuş Piriyev Fərrux Abbas oğlunu vurub. Hadisə Bərdə şəhərinin Nizami küçəsində qeydə alınıb və 79 yaşlı kişi aldığı xəsarətdən hadisə yerində ölüb.


Faktla əlaqədar Bərdə RPŞ-da cinayət işi başlanılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 651

Oxşar yazılar