Ermənistan ordusu atəşkəsi pozub
28 iyul 2011 10:53 (UTC +04:00)

Ermənistan ordusu atəşkəsi pozub

0
Cəbhə xəttində atəşkəsin ermənilər tərəfdən pozulması davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 27-də saat 12.30-dan 12.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, iyulun 28-də saat 03.35-dən 03.40-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 00.40-dan 00.50-dək, 03.35-dən 03.40-dək və 03.32-dən 03.40-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 570

Oxşar yazılar