Yağışlı hava dəhşətli qəzaya səbəb oldu: 3 ölü
07 sentyabr 2011 12:26 (UTC +04:00)

Yağışlı hava dəhşətli qəzaya səbəb oldu: 3 ölü

0
Lent.az-ın məlumatına görə, yağışlı havada yolun sürüşkən olması səbəbindən Bakı-Qazax magistralının Nəvahi kəndi yaxınlığından keçən hissəsində “Azsamand” markalı minik avtomobili qəzaya uğrayıb. İdarəetmənin itirilməsi nəticəsində yolun ortasındakı maneəyə çırpılan avtomobil aşaraq yolun əks tərəfinə keçib və “KİA Sorento”ya çırpılıb.

Nəticədə “Azsamand”da olan üç nəfər hadisə yerində ölüb. “KİA”-nın sürücüsü qarşıdan gələn maşının qəfildən aşdığını və onun yoluna çıxdığını deyib.

Faktla əlaqədar BDYPİ-nin istintaq şöbəsində araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 613

Oxşar yazılar