Azərbaycanlı qızlar gözəlik yarışına çıxacaqlar
0
0
Müsabiqənin mətbuat katibi
Azər Nəsibovun Lent.az-a verdiyi məlumata görə, kastinqə start verildiyi gündən xeyli sayda müraciətlər daxil olub. Azərbaycanı müsabiqədə təmsil etmək üçün, ölkəmizdən kənarda - Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və başqa ölkələrdə yaşayan gənc xanımlar da müraciət ediblər.
Mətbuat katibi bildirib ki, avqustun 8-dək davam edəcək anket qəbulundan sonra, seçimlər başlanacaq və 20 ən layiqli iştirakçı Azərbaycan seçiminin finalına vəsiqə qazanacaq. Azərbaycan finalı avqustun 25-i AF Hotel Aquapark Novxanıda gerçəkləşəcək.
Xatırladaq ki, ərizə qəbulu Capones Night Club və AF Hotel Aquapark Novxanıda aparılır. Xarici ölkələrdən müraciət etmək istəyən azərbaycanlılar isə müsabiqənin saytına daxil olub anketi doldurmalıdırlar.
İlk dəfə Azərbaycanda keçiriləcək və 24 ölkə gözəllərinin iştirak edəcəyi müsabiqə sentyabr ayında gerçəkləşəcək. Müsabiqənin təşkilatçısı CFC Organization və ATV telekanalıdır.
Jalə