Ova gedən  ata-oğul   güllələndi 
04 oktyabr 2026 19:15 (UTC +04:00)

Ova gedən ata-oğul güllələndi 

0

Bazar günü səhər Norveçin Halden şəhəri yaxınlığındakı meşəlik ərazidə baş verən atışmada iki nəfər ölüb, daha biri ağır yaralanıb.

Lent.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, həlak olanlar 70 yaşlarında bir kişi və 40 yaşlarında olan oğlu olub. Onlar ov qrupunun üzvləri olduqları bildirilir.

Digər bir nəfər isə ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Polis hadisə yerində 20 yaşlarında bir gənci saxlayıb. O, qətldə ittiham olunur.

Məlumata görə, müstəntiqlər şübhəlinin ov qrupunun üzvü olmadığını düşünürlər. Polis gələnə qədər o, şahidlər tərəfindən saxlanılıb.

Polis hələlik atışmanın mümkün səbəbini açıqlamayıb. İstintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar