İraqda iki partlayış: 20 ölü
01 avqust 2012 13:33 (UTC +04:00)

İraqda iki partlayış: 20 ölü

0
İraqın paytaxtı Bağdadda növbəti dəfə partlayışlar olub. Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, içində bomba olan 2 avtomobillə təşkil edilən hücumlarda 20 nəfər ölüb.

Terror aktı nəticəsində 50-dən çox insanın da yaralandığı bildirilir. İlk artlayış Kerradə istiqamətində insanların sıx hərəkət etdiyi ərazidəki restoranın yanında həyata keçirilib.

Digər partlayış isə pasport-qeydiyyat idarəsinin qarşısında baş verib. Hüquq-mühafizə orqanları üçüncü partlayışın qarşısını ala biliblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 575

Oxşar yazılar