10 gün əvvəl həbsdən çıxan qadının meyiti tapıldı
04 oktyabr 2025 12:50 (UTC +04:00)

10 gün əvvəl həbsdən çıxan qadının meyiti tapıldı

0

Türkiyədə həbsxanadan yeni çıxan qadının meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Antalyanın Kəpəz qəsəbəsində baş verib.

Mağazada mühafizədə çalışan Rüstəm O. səhər işdən gələndə evində qalan dostu 38 yaşlı Dərya Kazmacının üzüstə yatdığını görüb təcili tibbi yardıma xəbər verib. Hadisə yerinə gələn həkimlər qadının öldüyünü müəyyən ediblər.

Polislər meyitin yanında şpris və narkotik aşkarlayıblar.

Hazırda araşdırma aparılır. Mərhumun 10 gün əvvəl həbsxanadan azadlığa buraxıldığı bildirilir. Məlumata görə, qalmağa yeri olmadığı üçün Dərya Kazmacı dostu Rüstəmin evində qalırmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar