Binəqədi rayonunda yaşayış binasında yanğın  olub
23 iyul 2026 22:24 (UTC +04:00)

Binəqədi rayonunda yaşayış binasında yanğın olub

0

Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

Lent.az xəbər verir ki, yanğın İlham Hacıyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

İlkin məlumata görə, yanğın binanın yeraltı qarajında başlayıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Yanğın qısa müddətdə söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

 

İman İmanlı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar