Qaydaların pozulduğu toy
15 iyul 2021 11:51 (UTC +04:00)

Qaydaların pozulduğu toy

200 nəfərlik toy etdiyi üçün 4000 manat cərimələndi-FOTO

Balakəndə 200 nəfərlik toy təşkil edən restoran sahibi 4 min manat cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı  obyekt sahibi tərəfindən 107 nəfərin “icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçirilməsinə baxmayaraq məclisdə 200 nəfərə yaxın qonağın iştirak etdiyi müəyyən olunub. Aşkarlanan pozuntularla bağlı həmin sarayın sahibi Elbrus Abdullayev inzibati məsuliyyətə cəlb edilib və o, 4 min manat məbləğində cərimələnib.

Pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl olunmasının təmin edilməsi məqsədilə bu istiqamətdə tədbirlər davam etdirilir.

# 1527
avatar

Mehman Nəbiyev

Oxşar yazılar