30 yaşlı qız Qalata qülləsindən  yıxılıb öldü
07 mart 2026 14:42 (UTC +04:00)

30 yaşlı qız Qalata qülləsindən yıxılıb öldü

0

Türkiyənin İstanbul şəhərində məşhur Qalata qülləsindən yıxılan qadın həyatını itirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, həlak olan qadının 30 yaşı olub. Digər təfərrüatlar açıqlanmayıb. Hadisə yerinə gələn həkimlər qadının artıq vəfat etdiyini müəyyən ediblər.

Yerli hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb.

Hündürlüyü 67 metr olan Qalata qülləsi XIV əsrdə inşa edilib. Qüllədə yerləşən və İstanbulun panoramik mənzərəsini göstərən müşahidə meydançası turistlər arasında çox məşhurdur. Bu meydança təxminən 51 metr hündürlükdə yerləşir.

Məlumata görə, xarici turistlər üçün bu tarixi abidəyə qalxmaq təxminən 30 avroya başa gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar