4 avtomobil toqquşdu - Xəsarət alanlar var
16 may 2025 03:54 (UTC +04:00)

4 avtomobil toqquşdu - Xəsarət alanlar var

Lənkəranda zəncirvari qəza baş verib.

Lent.az-ın verdiyi xəbərə görə hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində Azriba deyilən ərazidə qeydə alınıb.

4 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada ilk olaraq "VAZ-21015" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı avtomobillə toqquşub.

"Mercedes" markalı avtomobil yol kənarındakı hasara çırpılıb və hasarı dağıdıb. "VAZ-21015" markalı avtomobil daha sonra yol kənarında hərəkətsiz dayanan "VAZ-2107" markalı avtomobilə, “VAZ-2107” markalı avtomobil də qarşıdakı "Nissan" markalı avtomobilə çırpılıb.

Qəza zamanı iki nəfər 1991-ci il təvəllüdlü Əkbər Emin oğlu Əlizadə və 1982-ci il təvəllüdlü Xəyalə Akif qızı Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Hər iki yaralıya ilkin tibbi yardım göstərilib. Vəziyyətlərinə uyğun olaraq ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, qəza nəticəsində hər 4 avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1492

Oxşar yazılar

Polis 31 yaşlı kişini bıçaqlayan şəxsi  saxladı

Polis 31 yaşlı kişini bıçaqlayan şəxsi saxladı

28 avqust 2025 , 21:08
Namiq Qaraçuxurlu Rusiyada saxlanıldı

Namiq Qaraçuxurlu Rusiyada saxlanıldı

28 avqust 2025 , 20:58
Ağdaşda tövlədən meyit  tapıldı

Ağdaşda tövlədən meyit tapıldı

28 avqust 2025 , 19:27
"Meydan TV" işi üzrə daha bir HƏBS

"Meydan TV" işi üzrə daha bir HƏBS

28 avqust 2025 , 19:09
Yarıçılpaq kişi şöbəyə girib polisləri döydü  - VİDEO

Yarıçılpaq kişi şöbəyə girib polisləri döydü - VİDEO

28 avqust 2025 , 18:29
"Pendir oğrusu"  ölkədən qovuldu

"Pendir oğrusu" ölkədən qovuldu

28 avqust 2025 , 17:59
“Meydan TV”nin istintaqı yekunlaşdı

“Meydan TV”nin istintaqı yekunlaşdı

28 avqust 2025 , 17:56
Tiktoker “Miray”  saxlanıldı

Tiktoker “Miray” saxlanıldı

28 avqust 2025 , 17:05