Kral 12,9 milyon vergi ödəyibmiş -  Açıqlama
26 iyun 2026 23:16 (UTC +04:00)

Kral 12,9 milyon vergi ödəyibmiş - Açıqlama

0

İngiltərə Kralı III Çarlz 2024-2025-ci maliyyə ilində 12,9 milyon funt sterlinq vergi ödədiyini açıqlayıb.

Lent.az xəbər verir ki, o, ödədiyi verginin məbləğini ictimaiyyətə açıqlayan ilk Britaniya hökmdarı olub.

Krallıq ailəsinin illik maliyyə hesabatına görə, Şahzadə Uilyam da eyni dövrdə 7,76 milyon funt sterlinq gəlir və kapital gəliri vergisi ödəyib.

Bukinqem Sarayı bildirib ki, vergi məlumatlarının açıqlanması şəffaflığı və kral ailəsinin hesabatlılığına ictimai etimadı artırmaq məqsədi daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar