Rusiyanın Xanti-Mansisk Muxtar Dairəsində məhkəmə icraçıları 228 xarici vətəndaşı Rusiya ölkədən kənara çıxarıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, onların hamısı ölkə ərazisində qanuni əsaslar olmadan yaşayırmış:
“2025-ci ilin yeddi ayı ərzində Rusiyaya giriş və qalma qaydalarını pozduqlarına görə 61 Tacikistan, 75 Özbəkistan, 23 Qırğızıstan, 39 Azərbaycan vətəndaşı ölkədən çıxarılıb. Həmçinin 16 Çin, 4 Qazaxıstan, 2 Ermənistan, 2 Belarus, 2 Kuba, 1 Türkmənistan və 1 Kamerun vətəndaşı da vətəninə göndərilib,” məhkəmənin açıqlamasında qeyd olunub.
Həmçinin bütün xarici vətəndaşlar qalma rejimini pozduqlarına görə cərimələniblər. Daha sonra məhkəmə onların inzibati qaydada ölkədən çıxarılması barədə qərar qəbul edib. Ölkədən çıxarılana qədər onlar müvəqqəti saxlama mərkəzlərində qalıblar. Məhkəmə icraçıları zəruri sənədləri rəsmiləşdirib və qaydaları pozan şəxsləri dövlət sərhədini keçid məntəqələrinə qədər müşayiət ediblər.